Maraqlı

"Kurtlar Vadisi"nin aktyoru: "Adımı 90-cı seriyada öyrəndim" - FOTO

29 Avqust 2016 22:17
1 Şərh     Baxış: 5 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kurtlar Vadisi" serialında "Kılıç" obrazını canlandırmış məşhur aktyor Atilla Olqaç maraqlı açıqlamalar verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor serialda "Kılıç" obrazının əsl adının "Ali" olduğunu 90-cı seriyada öyrəndiyini deyib:

"Həmin seriyaya qədər mənə heç nə deməmişdilər. Həyat yoldaşım varmı, yoxmu? Mən kiməm? Bu sualların cavabını bilmədən "Kılıç" olaraq 90-cı seriyaya qədər oynadım".

Uzun müddətdir ekranlarda görünməyən 72 yaşlı aktyor hər rolu oynamağa hazır olduğunu da söyləyib:

"Uzun müddətdir görünməməyimin səbəbi gələn təklifləri diqqətlə analiz etməyimdir. Daha keyfiyyətli, daha gözəl və hər kəsə xitab edən serial olmasını istəyirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.