Maraqlı

Cinsini dəyişən aktyor sevgilisi ilə - FOTO

29 Avqust 2016 19:45
8 Şərh     Baxış: 4 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cinsini dəyişən aktyor Rüzgar Erkoçlar meneceri və eyni zamanda sevgilisi olduğu iddia edilən bir qadınla görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qadın jurnalistləri görüncə əsəbiləşib və fotoların silinməsini tələb edib:

"Siz nə etdiyinizi fikirləşirsiniz? Mən Rüzgarın meneceriyəm, o fotoların silinməsini istəyirəm. Çünki icazəmizi almadan çəkmisiniz".

Həmin anlarda 30 yaşlı Rüzgar mübahisəyə qarışmadan yoluna davam edib. O, keçən həftə Türkiyənin ilk trans aktrisası Ayta Sözerinin "Rüzgar heç zaman qadın deyildi, trans kişi idi, belə doğulmuşdu" deməsi barədə suallara da cavab verməyib. R.Erkoçlar "Xahiş edirəm, məni rahat buraxın" deyərək oradan uzaqlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.