Maraqlı

Gələcəkdə ən çox tələb olunacaq PEŞƏLƏR

30 Avqust 2016 08:41
0 Şərh     Baxış: 2 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası 10 ildən sonra ən çox tələb olunacaq peşələrin siyahısını dərc edib. Elm və kosmosun mənimsənilməsi ilə əlaqədar ixtisasların yer aldığı siyahı ilə korporasiyanın rəsmi saytında tanış olmaq olar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ korporasiyasının versiyasına görə, ən çox tələb olunan peşələr onluğuna kosmik bələdçi, virtual reallıq dizayneri, mədəniyyət sahəsində rəqəmli şərhçi, biohaker frilanser, robot etikası ilə əlaqədar işlər üzrə hüquqşünas, beyin həcmi üzrə optimallaşdırıcı, enerjidən qənaətli istifadə sahəsində işçi, internet texnikası sahəsində mütəxəssislər, təbii resursların bərpası üzrə mütəxəssis və bədən mühəndisi daxildir.

"Microsoft" analitiklərinin qeyd etdikləri peşələrin əksəriyyəti hazırda mövcud deyil. Lakin korporasiya mütəxəssisləri məktəblilərə tərtib edilən siyahıya çox ciddi yanaşmağı tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.