Maraqlı

Klaviatura da izlənəcək

30 Avqust 2016 08:31
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miçiqan Universiteti və Nankin Universitetində işləyən alimlər qrupu klaviaturada hansı düymələrə sıxılmasını ələ keçirmək üçün yeni üsul aşkar edib. Hücumu həyata keçirmək üçün hazır kompüter avadanlığı və standart "Wi-Fi" qoşulmadan istifadə kifayətdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər tərəfindən hazırlanmış "WiKey" texnologiyası mükəmməl olmasa da, amma nəzarət edilən mühitdə düymələrə sıxmanı 97.5%, real şəraitdə isə 77.5% dəqiqliklə müəyyənləşdirməyə imkan verir. "WiKey" hərəkət və jestlərin tanınması üzrə başqa texnologiyalardan fərqli olaraq, klaviaturada düymələrə sıxma kimi daha kiçik hərəkətləri də "tanıyır".

Alimlər hücumu həyata keçirmək üçün ucuz əlçatan avadanlıq ("TP-Link WR1043ND" marşrutlayıcısı və "Lenovo X200" noutbuku) və "802.11n/ac Wi-Fi" protokolundan istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.