Maraqlı

Çap ediləcək, yaddaşı olacaq

30 Avqust 2016 08:11
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunun alimləri hazırda müəyyən temperaturda öz formasını dəyişdirmək qabiliyyətinə malik kiçik obyektlərin yaradılması üçün nəzərdə tutulmuş yeni üçölçülü çap texnologiyası üzərində işləyir. Yüksək temperaturda bu üsulla çap edilmiş obyektləri sıxaraq onların həcmini üç dəfə azaltmaq mümkündür. Sonra obyekt öz ilkin formasını alacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni texnologiya insan saçı qalınlığında strukturlar çap etməyə imkan verir. Belə miniatür əşyaları hazırlamaq olduqca çətindir. İstehsalçılar komandası yeni texnologiyadan öz formasını dəyişdirmək qabiliyyətinə malik biotibb qurğuları və günəş batareyalarının çapında istifadə etməyi planlaşdırır. Həmçinin yeni texnologiya aerokosmik komponentlərin istehsalında tətbiq edilə bilər.

Alimlər gələcəkdə sözügedən texnologiyanın tibb sahəsində istifadəsini planlaşdırır. Belə ki, dərmanla təchiz edilmiş damar bədənin temperaturuna reaksiya verə biləcək və zərurət olduqda xəstəlik nəticəsində zəifləmiş orqanizmi dərman preparatı ilə təchiz edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.