Maraqlı

Aktrisa pulunu 8 illik faiziylə istəyir

28 Avqust 2016 23:56
3 Şərh     Baxış: 3 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türk aktrisa Nurgül Yeşilçaya 2008-ci ildə reklam şirkəti tərəfindən saxtakarlıq edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şirkətin iki nümayəndəsi - Turqut İlter və Hülya Baykara aktrisaya zəng edərək onun  bioqrafiyasını ensiklopediyada yayımlayacaqlarını və bunun qarşılığında 1236 lirə (təxminən 667 manat) istədiklərini deyiblər.

Urgül Yeşilçay onlarla razılaşıb və kredita kartından ödəniş edib. Lakin aktrisa növbəti aylarda hesabından 10 dəfə eyni məbləğin çəkildiyini görüb. Buna görə həmin şəxsləri məhkəməyə vermişdi. T.İlter sərbəst buraxılmış, H.Baykaraya isə 2,5 il həbs cəzası verilmişdi.

Dəyən maddi ziyanı hələ də geri ala bilməyən aktrisa, yenidən məhkəməyə müraciət edib və 16 min lirə pulunu 8 illik faizi ilə birlikdə ödənilməsini tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.