Maraqlı

Yaşıdlarını vəhşicəsinə döyən qızlar tutuldular - VİDEO - FOTO

27 Avqust 2016 14:12
18 Şərh     Baxış: 5 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kirov şəhərində iki məktəbli qızı vəhşicəsinə döymüş yeniyetmə qızlar saxlanılıblar.
Milli.Az Ren TV-yə istinadən bildirir ki, ilk döyülən Olqa Ç. olub. Bu qızı döyənlər hadisənin videosunu çəkərək Vkontakte sosial şəbəkəsində paylaşıblar.
Ertəsi gün isə 15 yaşlı Kristina X. vəhşicəsinə döyülüb. Onu döyən qızlar Kristinanı diz çökdürüblər. Sonra Kristinanı söyüblər, vurub yerə yıxıblar və "Mən fahişəyəm!" deməyə vadar ediblər. 
Axırda da Kristinanı döyən qızlardan biri ayağı ilə onu sifətindən vurub.
Olqanı və Kristinanı döyən 4 qız tutulub. Onlar 4 saylı məktəbin şagirdləri Yelena K., Yelena Y., Aleksandra A. və Mariya S.-dir.
Bu qızların habelə, 16 yaşlı Anna P.-ni döydükləri də aşkarlanıb. Xuliqan qızların dediklərinə görə, Anna P. onların və valideynlərinin fotoları ilə pornoqrafik videoları montaj edib yayır, tanışlarına yollayırmış.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.