Maraqlı

Valideynləri bu xəstə uşaqdan imtina etdilər - FOTO

27 Avqust 2016 10:55
40 Şərh     Baxış: 7 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atası və anası ondan imtina etdilər. Az qalmışdı ki, küçəyə atsınlar. Buna yol verə bilməzdik. Uşağı ailəmizə gətirdik və o gündən bəri Royal bizimlə yaşayır".
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Royal Kumar hidrosefaliya xəstəsidir. Yəni onun beynində sürəkli maye yığılır.
4 aylıq olanda Royal Kumarda sürəkli qusmalar, daimi yorğunluq başlanıb. Uşaq həmişə yatmaq istəyirdi.

Balaca Royalın valideynləri xəstə uşağın bu halını görəndə ondan imtina ediblər. 
Başı normadan üç dəfə böyük olan Royalı qohumları qəbul ediblər.

45 yaşlı Racendra Prasad və onun xanımı, 30 yaşlı Prabha Devi Royala indi öz övladları kimi baxırlar.
"Bu uşaq əzablar çəkir, ağrılardan qıvrılır. Onun əzablarını azaltmaq üçün əlimdən nə gəlirsə, edirəm. Royalı uşaqlarımdan ayırmıram, o da bir oğlumdur. Bəzi qonşularım deyirlər ki, Royalın belə ağır xəstə olduğunu bilərək niyə ailəmə qəbul etdim. Qoy desinlər", - Devi söyləyib.

Racendra Prasadın dediyinə görə, balaca Royalın müalicəsinə indiyədək 200 min rupi, yəni təqribən 2800 dollar xərcləyib.
Cərrahlar balaca Royalın başına şunt salaraq oradakı mayeni çıxarmağa çalışsalar da, bir nəticə hasil olmayıb.
Hindistanın şərqindəki Rançidə yerləşən hospitalın neyrocərrahiyyə dosenti Çandra Bhuşan Sahayın dediyinə görə, uşağı pulsuz müalicə edəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.