Maraqlı

Niyə saat əqrəbinin əksinə?

28 Avqust 2016 22:50
11 Şərh     Baxış: 2 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəbə ətrafında dolanmaq (təvaf) müsəlmanların həcc ziyarəti zamanı həyata keçirdiyi dini ayinlərdən biridir. Sözü gedən ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir.

Bəs bunun səbəbi nədir?

Milli.Az aznews.az-a istinadən bildirir ki, bu məsələ üzərindəki sirr pərdəsini açmağa yönəlmiş bir neçə elmi fakt təqdim edirik:

1. İnsan bədənində qan saat əqrəbinin əksi istiqamətində dövr edir;

2. Atom elektronları nüvə ətrafında təvafda olduğu kimi fırlanır;

3. Ay öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir;

4. Yer kürəsi öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir;

5. Yer kürəsi Günəş ətrafında təvafda olduğu kimi fırlanır;

6. Günəş sisteminin planetləri Günəş ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir;

7. Günəş və bütün günəş sistemi qalaktikadakı orbitdə saat əqrəbinin əksi istiqamətində hərəkət edir;

8. Bütün qalaktikalar kosmosda saat əqrəbinin əksi istiqamətində fırlanır.

Buradan belə məlum olur ki, biz Kəbə ətrafında dolananda, bütün kainatın dövr etdiyi istiqamətdə hərəkət edirik və Allahın kiçik hissəciklərdən nəhəng kainata qədər bütün yaratdıqları uca tanrının həmdində birləşirlər.
 
Kəbə ətrafında təvaf edəndə, biz Adəmdən Məhəmməd peyğəmbərə kimi bütün peyğəmbərlərin dövr etdiyi yerdə dolanırıq. Məkkədə Kəbə ətrafında heç vaxt təvaf dayanmır. İnanca görə, Kəbə ətrafında dolanan bir insan ruhu belə olmadığı zaman axırzaman baş verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.