Maraqlı

Qətər şeyxi lüks maşınlarını özü ilə apardı - FOTO

26 Avqust 2016 12:06
2 Şərh     Baxış: 3 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin şeyxi Xalid bin Həmad əl Tani Londondadır. O, çox böyük avtomobil qarajındakı bir neçə lüks avtomobilini də özü ilə birlikdə Britaniya paytaxtına aparıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Qətər şeyxinin sürücüləri bu maşınları dünən Londonun mərkəzindəki Naytsbric səmtinə çıxarmışdılar.
Həmin maşınlar arasında 790 min dollarlıq Porsche 918 Spyder, 1,6 milyon dollarlıq McLaren P1,  habelə Ferrari F12TDF, Ferrari Le Farrari və 2,37 milyon dollarlıq Bugatti Veyron vardı.
Qətər əmiri şeyx Xalid bin Həmad əl Tani ölkəni 1995-2013-cü illərdə idarə etmiş şeyx Həmad bin Xəlifə əl Taninin oğludur.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.