Maraqlı

Cennifer Lopes toy ərəfəsində sevgilisindən ayrıldı - FOTO

26 Avqust 2016 11:46
11 Şərh     Baxış: 2 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı aktrisa və müğənni, Hollivud ulduzu Cennifer Lopesin sevgilisi, rəqqas Kasper Smartla münasibətləri pisləşib. Daha doğrusu, toya hazırlaşan cütlüyün ayrıldıqları deyilir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onlar münasibətlərinə son qoymaq və "bundan sonra dost qalmaq" qərarına gəliblər.
İddialara görə, 47 yaşlı Lopeslə 29 yaşlı Smartın ayrılmalarının səbəbi xeyriyyə gecəsinə yollanan aktrisanın təkidlərinə rəğmən, Smartın onu müşayiət etmək istəməməsi olub. Lopeslə mübahisə edən Smart UFC döyüş sənətləri federasiyası çərçivəsində keçirilən əlbəyaxa döyüşə yollanıb.
Kasper Smart dostları ilə birlikdə Las-Veqasa yollanaraq orada Konor MakQreqorla Nayt Diasın döyüşünə baxıb.
Kasperin belə davranışı Cenniferi çox sinirləndirib və o, münasibətlərə son qoyduğunu deyib.
"Cey Lo" dünən Nyu-Yorkda idi və olayla bağlı heç bir sualı cavablamaq istəməyib.
Soho səmtində paparassilərlə qarşılaşan Kasper Smart  isə aradan çıxmağa çalışıb.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Cennifer Lopes toy ərəfəsində sevgilisindən ayrıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.