Maraqlı

Ölümsüzlüyün sirri tapıldı

26 Avqust 2016 07:27
9 Şərh     Baxış: 5 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elmi adı "Rana sylvatica" olan meşə qurbağası əslində bioloji baxımdan bir tapmacadır.

Milli.Az atv.az-a istinadən bildirir ki, qış aylarını yataraq keçirən qurbağalar, bahar gəlincə oyanıb normal həyatlarına qayıdırlar. Meşə qurbağalarının bədənləri qış aylarında donur, bədənləri sirop konsistensiyasında bir maye kimi olur, yazda isə həll edilərək yenidən həyat tapır.

Elm adamları bu qurbağaların metabolizmalarını tədqiq edərək eyni üsulun insanlara da tətbiq ola biləcəyini araşdırır. Təcrübələrdə istifadə ediləcək olan qurbağalar sənaye dondurucuların içinə atılır. Buradan çıxan qurbağaları Ken Strorey belə təyin edir: "Bədənləri əsas olaraq sirop konsistensiyasında bir kütləyə çevrilir."

Storey meşə qurbağalarının donmasının və bahar aylarında həll edilməsinin 15 min il əvvəlki buzlaq dövründə təkamülləşmiş ola biləcəyini irəli sürür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.