Maraqlı

Məmuru yolda ələ saldı: "Nədir, fahişələr gözləyir səni?!" - VİDEO

24 Avqust 2016 11:28
0 Şərh     Baxış: 7 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada Dmitrov şossesi ilə Leninqrad şossesinə tərəf avtomobilində hərəkət edən vətəndaşlardan biri xüsusi siqnal sirenasını işə salan, damında sayrışan mavi işıq olan avtomobillərdən ibarət karvanı irəli buraxmayıb.

Milli.Az Life-a istinadən bildirir ki, arxadan aramsız siqnal verən "məmur maşını"nı görən vətəndaş smartfonunun kamerasını işə salaraq baş verənləri çəkib və danışıb: "Axı hara tələsirsən?! Sən ki rahat, asta gedirdin. Qəflətən tıxaca düşdün və tələsməyə başladın. Hara tələsirsən?! Nədir, saunada fahişələr gözləyir səni?! Yaxud pivə ilə kabab soyuyur?! Haydı, qanadlan, keç məni! Sayrışan işığın var, amma qanadların yoxdur?!"

Audi-6 markalı lüks, qara rəngli avtomobil aramsız siqnal versə də, vətəndaş ona yol verməyib. Audi-6-nın arxasınca gələn BMW 7 də məmur maşını idi. O da tərs vətəndaşı keçə bilməyib.

Sonucda sürücü maşınını kənara çəkib və EKX ilə AMR seriya nişanlı VİP maşınlar onu keçiblər. Bu zaman o, məmur maşınlarının sürücülərinə əli ilə biədəb jest göstərib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.