Maraqlı

Prinsin ölüm səbəbi açıqlandı

23 Avqust 2016 23:32
7 Şərh     Baxış: 1 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 apreldə ABŞ-ın Minnesota ştatındakı evinin liftində ölü tapılan əfsanəvi müğənni Prinsin ölümü səbəbi ilə bağlı araşdırma yekunlaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 57 yaşlı ifaçının ölümünə qəbul etdiyi dərmanın üzərinə yapışdırılan səhv etiket səbəb olub.

Belə ki, Prinsin dərmanın üzərində "hidrokodon" (az təsirli opioid) yazılsa da, əslində onun tərkbi "fentanil" (bədəndə morfin təsiri göstərən kimyəvi maddə) olub.

Məlumata görə, müğənni öldükdən sonra aparılan ekspertiza zamanı onun bədənində yüksək miqdarda "fentanil" aşkarlanıb.

Qeyd edək ki, "fentanil" çox şiddətli və xronik ağrıları sakitləşdirmək üçün istifadə edilən ağrı kəsicidir. Bu dərman beyinə gedən siqnallara da mane olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.