Maraqlı

Dünyanın ən bahalı pendiri eşşək südündəndir

30 İyul 2016 23:57
26 Şərh     Baxış: 6 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kilosu 700 funt-sterlinqə satılan və Serbiyada istehsal olunan dünyanın ən bahalı pendirinin xammalı eşşək südündən hazırlanır.

Milli.Az modern.az-a istinadən bildirir ki, bir kiloqram pendir əldə edə bilmək üçün tam 25 litr eşşək südü istifadə edilir.
Eşşək südünü bu qədər bahalılığının səbəbi şeysə istehsalının çox az olması və maya dəyərinin çox yüksək olmasıdır. Çünki 140 eşşək sahibi olan Slobodan Simic, yalnız 12 eşşəyin hər zaman süd verdiyini deyir.
Bəs, eşşək südü və pendirini bu qədər xüsusi edən şey nədir? Eşşək südünün inək südündən 60 qat daha artıq vitaminə malik olmasıdır. BBC-dən Kristin Vukovicin yazdığı xəbərdə eşşək südünə müşayiət edən ən gözəl ləzzətin bir fincan türk qəhvəsi olduğu da vurğulanır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.