Maraqlı

6 yaşlı qızla evlənən imam tutuldu

30 İyul 2016 18:48
12 Şərh     Baxış: 4 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Əfqanıstanın Qor əyalətinin polisi yaşlı din xadimi Muhəmməd Karimi həbs edib.
Milli.Az 1xeber.com-a istinadən bildirir ki, Karimi bir müddət əvvəl oğurlanan 6 yaşlı qızı özünə arvad edərək "toy" edib.
Dindirilmə zamanı Karimi deyib ki, qızı valideynləri ona göstərdiyi dini xidmətə görə "hədiyyə" ediblər. Amma uşağın valideynləri 60 yaşlı kişini yalan məlumat verməkdə ittiham ediblər. Onlar bildiriblər ki, qızları yaşadıqları kəndlərindəki evindən oğurlanıb.
Qadınların hüquqlarını müdafiə edən yerli departament rəhbəri Masun Ənvari bildirib ki, hələ də normal danışa bilməyən uşaq o kişidən qorxduğunu dayanmadan təkrar edir.
Hazırda uşaq qadın sığınıcağındadır, yaşlı pedofil isə həbs olunub, onun haqqında cinayət araşdırmasına başlanılıb.
Hüquq müdafiəsi təşkilatlarının məlumatlarına görə, Əfqanıstanda nikahagirmə yaxşı 16-dır. 50 yaşa qədər olan qadınlar arasında aparılan araşdırmadan sonra məlum olub ki, onların yarısı 15 yaşları tamam olmadan ailə qurublar.
Hakimiyyət ölkədə baş alıb gedən uşaq nikahlarına qarşı "müharibə" elan etsə də, hələ də azyaşlılarla evlənənlər var.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.