Maraqlı

Şok kadrlar: balaca qızları zorlayanı döyüb öldürdülər - YENİLƏNİB - VİDEO - FOTO +21

30 İyul 2016 10:40
16 Şərh     Baxış: 16 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:40

Milli.Az Life-a istinadən bildirir ki, Tula vilayətinin Yefremovo kəndində 47 yaşlı Eduard adlı əxlaqsız kişinin qətlə yetirilməsinin təfərrüatları bəlli olub.

Qətlin təşəbbüskarı 13 yaşlı Sofyanın sevgilisi İqor olub.

"Eduard Sofyaya yazmışdı, görüş təklif etmişdi. İqor da bundan xəbər tutdu və Sofyanın qardaşlarını da götürüb "görüş"ə yollandı", - kənd sakinləri deyirlər.

Eduardı bıçaqlayan isə Sofyanın qardaşı, 16 yaşlı Maksim olub.

------------

10:21

Dörd gün əvvəl Rusiyanın Tula vilayətindəki Yefremovo kəndində 47 yaşlı kişinin cəsədi tapılmışdı. Bədənində çoxsaylı travmalar və xəsarətlər olan cəsəd qan içində idi. Bu adamı amansızlıqla döymüşdülər.
Milli.Az Myslo-ya istinadən bildirir ki, yerli polis idarəsinin keçirdiyi əməliyyat nəticəsində Yefremovo kəndinin 3 gənc sakini saxlanılıb. Birinin 17, digər ikisinin 16 yaşı olan bu gənclər həmin kişini qətlə yetirməkdə şübhəli bilinirlər.

"Qətlə yetirilmiş adamın başına dəfələrlə təpiklə vurulub və onun ayaqlarında bıçaq yaraları var", - polisdən verilən məlumatda deyilir.
Yefremovo sakinləri isə deyirlər ki, qətlə yetirilmiş 47 yaşlı şəxs əxlaqsız, uşaqbaz idi. İndiyədək o, 12-13 yaşlı bir neçə qıza təcavüz edib.
Əxlaqsız kişi qurbanlarını sosial şəbəkələrdə, xüsusilə də Vkontakte və Odnoklassniki-də axtarırdı. 

Belə "axtarış"lardan birində o, 13 yaşlı qıza cinsi əlaqə təklif edib. Qızın iki qardaşı və qohumları bundan xəbər tutublar.
Onlar qızın adından həmin kişiyə "görüş" təklif ediblər. 47 yaşlı kişi görüşə yollananda isə "qurban"ı və onun qardaşlarını görüb.
Gənclərə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilərsə, onların hər birini 15 il müddətiinə həbs cəzası gözləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Shocking video shows teen lynch mob beat Russian paedophile who went to meet a girl

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.