Maraqlı

Məşhur aktyor evində ölü tapıldı

29 İyul 2016 22:55
0 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

60 yaşlı amerikalı aktyor Cerri Doyl (Jerry Doyle) dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, evdə qapını dəfələrlə döyən aktyorun yaxınları, cavab gəlmədiyini görüncə polisə xəbər veriblər.

Evə girən polis Doylun cəsədini tapıblar. Hələlik heç bir cinayət izi aşkarlamayan polislər, ölümün dəqiq səbəbinin ekspertizadan sonra bilinəcəyini söyləyiblər.

Qeyd edək ki, Doyl 1994-1998-ci illərdə yayımlanan "Babylon" serialındakı Mayk Qaribaldi (Michael Garibaldi) adlı polis rolunu canlandırıb.

Cerri Doyl ölümündən öncə kanalların birində "The Jerry Doyle Show" verilişində aparıcı işləyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.