Maraqlı

Pendir yedi, əlil oldu - VİDEO - FOTO

29 İyul 2016 22:53
19 Şərh     Baxış: 23 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyatım səhvi o pendiri yemək oldu. İndi dəhşətli ağrılar içindəyəm".
İngiltərənin Mersisayd qraflığındakı Sauzport şəhərinin sakini, 22 yaşlı Sem Filippot Yunanıstanda turist səfərində olarkən restoranlardan birində keçi pendiri yeyib.
Milli.Az The Mirror-a istinadən bildirir ki, 2013-cü ildə ailəsi ilə birlikdə Kos adasında olarkən pasterizə edilməmiş keçi pendirindən çoxlu yeyən Sem evə qayıdandan sonra ağrılar hiss etməyə başlayıb.
Onda başağrıarı, miqren, sürəkli qusma, başgicəllənmə, titrəmə, qızdırma, halsızlıq, hərəkətsiz qalma, yorğunluq fasiləsiz simptomlara çevrilib.
Vəziyyəti getdikcə pislənən Sem yatağa düşüb. Son üç ildə onun vəziyyəti yaxılaşmayıb.
Sem indi zorla yeriyir və bu səbəbdən əlil arabasına məhkumdur. Üstəlik, yaddaşsızlıq, yuxusuzluq, danışmaqda çətinlik çəkmək kimi fəsadlar da yaranıb.
"Üç il əvvəl Kosda olanda oradakı keçi pendiri o qədər bəyəndimki, pissaya, sendviçlərə, salata qatıb elə hey yeyirdim. Bu qədər ləzzətli pendirin həyatımı cəhənnəmə döndərəcəyini nə biləydim ki?! Sən demə, yediyim hər loxmada bakteriya varmış", - Sem söyləyib.
Həkimlərin dediklərinə görə, Sem brüsseloza yoluxub.
Semin ailəsi onu müalicə üçün ABŞ-a aparmağa hazırlaşır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Pendir yedi, əlil oldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.