Maraqlı

Keşişi boğazlayanların videosu yayıldı - VİDEO - FOTO

28 İyul 2016 13:13
3 Şərh     Baxış: 2 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın şimalındakı Sent Etyen dü Ruvre şəhərindəki kilsədə katolik keşişi qətlə yetirən iki şəxsin videosu aşkarlanıb.

Milli.Az Le Monde-a istinadən bildirir ki, 19 yaşlı Əbdel Malik Petityen və 18 yaşlı Adel Kermiş bu videoda kamera qarşısında duraraq İŞİD-ə sədaqət andı içir, "kafirlərlə son damla qanadək döyüşəcəklərini" deyirlər.

Videoda onlar özlərini "Nom de ger Əbu Ömər" və "Əbu Cəlil əl Hənfəi" adlandırırlar.

Fransanın şimal-şərqindəki Sen Dye de Voj şəhərində doğulmuş Petityen İŞİD-ə qoşulmaq üçün iki dəfə Suriyaya yollanmağa çalışıb.

Bu şəxslər kilsəyə hücum edərək 85 yaşlı keşiş Jak Ameli bıçaqlayaraq qətlə yetiriblər.

Kilsəyə hücum iyulun 26-da səhər saatlarında olub. Petiyenlə Kermiş arxa qapıdan kilsəyə girərək 5 nəfəri girov götürmüşdülər. Həmin şəxslər keşiş Amel, iki rahibə və kilsəyə ibadətə gəlmiş iki nəfərdilər. Rahibələrdən biri qaçmağı bacararaq polis çağırıb. Hadisə yerinə gəlmiş xüsusi təyinatlı polislər terrorçuları zərərsizləşdiriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Keşişi boğazlayanların videosu yayıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.