Maraqlı

İrem Derici yenidən ərə gedir?

28 İyul 2016 07:41
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni İrem Derici TV8 kanalının suallarını cavablandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 29 yaşlı müğənni insanlara münasibəti haqqında danışaraq hər kəs qarşısında ağlamağı sevmədiyini deyib:

"Amma evdə tək qalanda ağlayaram. Özümü yumruqlayaram, silləliyərəm. Hamının öz dərdi var. Mən də öz dərdimlə başqalarını bezdirməməliyəm".

Gənc müğənni geridə qalan illərdə bəzi səhv qərarları haqqında isə belə danışıb:

"Ağlım yoxdur mənim (gülümsəyir). Qəlbim idarə edir məni. Amma bundan heç vaxt narahat olmamışam".

Səlami Şahinin oğlu Lider Şahinlə sevgi münasibətləri haqqında da danışan 29 yaşlı müğənni, onunla çox dəyərli anlar keçirdiyini deyib:

"Keyfim yerindədir. Bu münasibət haqqında ortalıqda çox da danışmaq istəmirəm".

İrem Derici evlilik haqqında suala isə birbaşa cavab verməsə də, söylədiklərindən hələlik evliliyin planda olmadığı anlaşılıb:

"Mən münasibəti standartlara salmaq istəmirəm. Çünki biz hazırda standartdan kənar münasibət yaşayırıq".

Qeyd edək ki, bir neçə il öncə Acun Ilıcalının "O Səs Türkiyə" yarışmasında iştirakçı olan İrem, hazırda Acunun TV8 kanalında yayımlanan "Rising Star Türkiye" müsabiqəsində münsiflərdən biridir.
 
İ.Derici daha öncə radioda çalışan Rıza Esendemirlə evli olub. 14 iyul 2014-cü ildə evlənən cütlük bu ilin martında boşanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.