Maraqlı

Kim hamilədir, amma hələ xəbəri yoxdur? - Testlər təhlükəlidirmi?

27 İyul 2016 16:39
7 Şərh     Baxış: 2 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar, əsasən, Facebook sosial şəbəkəsində paylaşılan online "TEST" cavabları, həqiqətən də, insanda ikrah hissi doğurur. Guya bu testlər paylaşmalar əsasında analiz edilərək, ortaya çıxan nəticələrdir. Əslində isə, araşdıranda görürsən ki, altı-üstü hamıda eyni nəticələr çıxır.  Bir TEST üçün təxmini 6-7 nəticə yazılır və eyni İP-dən daxil olanlar üçün fərqli nəticə çıxarır.

Hətta insanların marağına səbəb olmaq üçün yeni ilginc testlər hazırlayırlar. Bu, insanlarla məzələnməkdən başqa bir şey deyil. Hətta  bir çox testlər səni dostlarınla üz-göz edəcək qədər gülüncdür. Belə testlərdən biri: "Kim hamilədir, amma xəbəri yoxdur" kimi testdir. Bir də görürsən ki, subay bir qızın şəklini çıxardı və kimsə də onu paylaşır.

Bəs bu testlər güvənlik baxımıdan necədir? Sizİn məlumatlarınız oğurlana və ya profiliniz ələ keçirilə bilərmi?

Milli.Az atv.az-a istinadən bildirir ki, bu testlər, əsasən, iki sayt vasitəsilə yayımlanır. Bunlardan biri "captanquizz", digəri isə "nametest"dir. Bunları ayrı-ayrı araşdırmaqda fayda var.

1. Captanquizz testleri təhlükəsizdir?

İlk olaraq burada yayında olan bəzi testlərdən bəhs edək. Ən məşhuru, təbii ki, "Gerçək ruh əkizin kimdir?" adlı testdir. Bunların xaricində "Neçə uşağınız olmalı?", "Saçınız hansı rəngdə olmalıdır?", "Hansı element?" vs. kimi "maraqlı" testləri də var.

Hər hansı bir test etməyə başladığımızda tətbiq təbii ki, sizdən bəzi icazələr istəyir. Bəli, bu icazələr çox önəmlidir. Çoxumuzun oxumadığı bu icazə tətbiqi bunlardır. Captanquizz sizdən bu icazələri istəyir:

Əvvəl baxdığımızda bir problem yox kimi görünür. Amma şəxsi məlumatlarınızın tətbiq tərəfindən görünəcəyini unutmayın. Doğum günü, foto, yoldaş siyahısı bir az gizlətdiyiniz şeyləri təhdid edəcək iznlərdir. Təbii, keçib Facebook şifrənizi əldə edə biləcək qədər icazə vermirsiniz bu uyğulamaya. Yəni,  "aman, bu testlər şifrənizi oğurlamaq üçün edildi" vəziyyəti yoxdur. Ən başda dediyim kimi, onsuz da, bu sahələr Facebook-un nəzarətindədir.

Bu baxımdan, "Captanquizz" aldığı icazələr o qədər də təhlükəli deyil - deyə bilərik. Ancaq fərdi məlumatlarınıza çıxışı təmin etdiyi üçün narahatlıq yarada bilər. Sən yoldaşlarının siyahısını yoldaşlarından gizləyirsən, amma sahibinin kim olduğunu bilmədiyin tətbiqə bu icazəni verirsən. Sizcə, bu problem deyil? Bəlkə də, o tətbiqi yardan sizin dosluğunuzdakı adamları bilmək istəyən şəxdir.

2. Nametest Testleri təhlükəsizdir?

Captanquizz xaricində bir də Nametest.com var. Buradakı ən məşhur test "Gerçəkdə neçə yaşında göstərirsiniz?" testidir. Bunun xaricində "Neçə gizli heyranın var?", "Həqiqi şəxsiyyətin nədir?", "50 il sonra necə görünəcəksən?", "Hansı heyvana bənzəyirsən?" vs. kimi maraqlı testləri də var.
  Hər hansı bir test etməyə başladığımızda tətbiq sizdən bu icazələri istəyir:

Bu icazələrə baxdığımızda Captanquizz tətbiqinə görə daha az icazə istəyir kimi görünür. Ama burada E-mail ünvanımızı alması bir az məni narahat etdi. Axı Facebook adresimiz o emailə bağlıdır, hətta E-mail ilə bir çox işimizi həll edirik.

E-mail ünvanımızı alması xaricində bir problem yoxdur kimi görünür. Mən E-mail nöqtəsində narahat oldum, amma sizi bilmirəm, siz istəsəniz, istifadə edə bilərsiniz. Bunu da söyləməliyəm ki, indiyə qədər bu tətbiqi istifadə olanlardan bir şikayət görməmişəm. Qərar sizindir.

Nəticə olaraq ...

Nəticə olaraq, tətbiqlərin təhlükəsizliyində böyük səviyyədə narahat edəcək bir şey yoxdur. Onsuz da, Facebook nəzarətində olduqları üçün böyük problemlər çıxardacağını zənn etmirəm. Amma tətbiqlərə verdiyiniz bəzi fərdi məlumatlar (ad günü, şəkil və s) xüsusi həyatın gizliliyini zədələyəcək kimidir. 
 Məncə, bu cür testlər əyləncə məqsədli olsa da gərəksizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.