Maraqlı

Bakıda kişiyə "ərə gedən kişi" danışdı: "Ay yazıqlar, Allahınızdan qorxun" - VİDEO

27 İyul 2016 15:11
36 Şərh     Baxış: 24 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının şadlıq saraylarından birində toyu olduğu iddia olunan və videosu yayılan "kişi" bu hadisə ilə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, özünü "Trans Aydan" kimi təqdim edən şəxs infplyus.tv-yə verdiyi açıqlamasında hiddətlə danışıb.

"Allahınızdan qorxun, ay yazıqlar! Bəzəməyin heç nəyi, yalan danışmayın. Allahınızdan qorxun, valideynlərinizdən qorxun. Mən necə yaşayıramsa, özüm bilərəm. Heç kim bilmir ki, başına nə iş gələcək. Həyatımdan razıyam, şadam. O videoda ana barədə mahnı oxumağıma lağ edirlər. Mən anama dəyər verirəm, onu sevirəm", - o deyib.
Bildirib ki, şadlıq sarayında toyu yox, ad günü mərasimi olub.

Mərasimin keçirildiyi "Qızıl Qaya" restoranının rəhbərliyinin də hər şeydən xəbərinin olduğunu vurğulayan "Aydan" kimsənin onun həyatına "müdaxilə etməyə, irad tutmağa ixtiyarı olmadığını" söyləyib: "Məni qınaq ağacına çevirməyin. Heç kim bilmir ki, bir müddət sonra özü nə olacaq, övladı nə olacaq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda kişiyə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.