Maraqlı

Rafet ona şoumenlə xəyanət edən xanımını məhkəməyə verdi - FOTO

26 İyul 2016 09:43
12 Şərh     Baxış: 4 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Rafet El Romanın xanımı məşhur şoumen Mehmet Ali Erbil ilə eşq yaşayır.

Onların şoumenin evində yemək yeyərkən çəkilən şəkli yayılıb. Foto geniş müzakirələrə yol açıb. Şəkli görən müğənni xanımına zəng etsə də, onun zəngləri cavabsız qalıb. 

Rafet El Roman 2014-cü ildə ailə qurduğu xanımı, özündən 20 yaş kiçik model Ceren Kaplakarslanla hələ rəsmi şəkildə boşanmamışdı.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ceren yayılan xəbərləri yalanlasa da, müğənni məhkəməyə baş vuraraq boşanma ərizəsi yazıb. Xanımı isə boşanmaq üçün müğənnidən 500 min TL təzminat tələb edib. Bu məbləği eşidən müğənni təəcüblənib. O, xanımının bütün əşyalarını İstanbula yollayıb və şəkillərini silib.

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.