Maraqlı

Sabiq deputatının həyətindən partlayıcı maddə tapılıb

26 İyul 2016 00:02
0 Şərh     Baxış: 2 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda fəaliyyət göstərən "Respublika Partiyası"nın üzvü,  2008-2012-ci illərdə parlamentin deputatı seçilmiş  Roman Marsaqişvilinin  Msxeta-Mtianeti rayonu, Arşa kəndindəki evinin həyətindən trotil aşkar edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının parlamentdəki təmsilçisi Karlo Kopaliani bildirib.

K. Kopaliani bildirib ki, partlayıcı qurğu bir neçə il əvvəl Roman Marsaqişvilinin siyasi fəaliyyəti zamanı onun həyətinə qoyulub: "Biz müxalifət deputatları olaraq əvvəlki hakimiyyət tərəfindən (Vahid Milli Hərəkat partiyasından) təzyiqlərə məruz qalırdıq.  İstisna etmirəm ki, bu partlayıcı qurğu Roman Marsaqişvilini partlatmaq üçün qoyulub. Mən ona hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı məsləhət gördüm. Artıq polis əməkdaşları onun həyətində olan partlayıcı qurğunu götürüblər", K. Kopaliani bildirib.
 
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.