Maraqlı

İnsan beyini daha ətraflı öyrəniləcək - Alimlərdən yeni kəşf

25 İyul 2016 20:25
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Universiteti nəzdindəki Tibb Məktəbinin tədqiqatçıları insan beyninin ən ətraflı xəritəsini tərtib ediblər. Milli.Az atv.az-a istinadən bildirir ki, tədqiqat nəticəsində müxtəlif funksiyaların yerinə yetirilməsinə cavabdeh olan 100 zona müəyyən edilib. Həkimlərin bu vaxta qədər həmin sahələr barədə məlumatı olmayıb.

Alimlər "Human Connectome Project" proqramı çərçivəsində xüsusi alqoritm tətbiq etməklə, 210 könüllünün beynini skanerdən keçiriblər. Tədqiqat zamanı müxtəlif zonalarda beyin qabığının qalınlığının dəyişməsi, sinir hüceyrələrinin yerləşmə sıxlığı və ayrı-ayrı sahələrin aktivliyi nəzərə alınıb.

Alimlərin kəşfi insanın sinir sistemində gedən proseslərin anlaşılması baxımından son dərəcə əhəmiyyətlidir. Baş beyin xəstəliklərinin çoxunun səbəbləri haqqında sualların cavabı hələ də yoxdur. Müasir təbabət şizofreniya, autizm, epilepsiya və demensiyanı, demək olar ki, müalicə edə bilmir, bu xəstəliklərin yalnız bəzi əlamətlərini yüngülləşdirir.

Hazırda tədqiqatçılar yeni zonaları tapmağı və onların funksiyalarını müəyyən etməyi planlaşdırırlar. Bu məlumatlar xəstəliklər müəyyən edilən zaman insan beyninə daha dəqiq təsir göstərməkdə neyrocərrahlara və tibb sahəsinin digər mütəxəssislərinə kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.