Maraqlı

Gözəllik kraliçası 15 illik həbs aldı - FOTO

26 İyul 2016 23:41
3 Şərh     Baxış: 2 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiyanın məşhur modellərindən biri sayılan Culiana Lopes Sarrazolanın məhkəmə prosesi başa çatıb. 23 yaşlı model narkotik maddə qaçaqmalçılığında suçlanıb. Çinin Quançjou şəhər məhkəməsinin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, builki "Miss World" gözəllik müsabiqəsinin favoritlərindən sayılan "gözəllik kraliçası" Quançjou şəhərinin beynəlxalq hava limanında tutulmuşdu. Polis onun noutbukunda 610 qram kokain aşkarlamışdı.
Məhkəmənin qərarı ilə o, 20 min yuan cərimə də ödəməlidir. Həbs müddəti başa çatan təki kolumbiyalı model Çini tərk etməlidir.
Culiana məhkəmədəki ifadəsində deyib: "Kolumbiyada mənimlə Serhio adlı şəxs əlaqə saxladı. O, Boqotanın hava limanında mənə yaxınlaşdı. Dedi ki, noutbuku Quançjouda dostuna versəm, 2500 dollar qazanacağam. Üstəlik, Quançjouya və geriyə aviabileti almağa razılaşdı. Sonda cibxərcliyi qismində 776 dollar da verdi. Mən də razılaşdım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.