Maraqlı

Baş nazir parlamentdə etimad səsverməsindən əvvəl istefa verib

24 İyul 2016 19:52
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Nepalın baş naziri Kxadqa Prasad Şarma Oli parlamentdə hökumətə etimad səsverməsindən bir neçə dəqiqə əvvəl istefa verib.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir parlamentin iclasında deyib ki, istefa ərizəsini parlamentin iclasından əvvəl görüşdüyü prezident Bidxya Devi Bxandariyə təqdim edib.
 
Qeyd edək ki, Oli çoxpartiyalı koalisiyanın rəhbəri kimi baş nazir postunu tutub. Ancaq siyasi müttəfiqləri artıq koalisiyanı tərk etdiyi üçün istefa vermək məcburiyyətində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.