Maraqlı

Yeni ətir yaradılıb

23 İyul 2016 22:51
1 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Louis Vuitton" Moda Evinin hazırladığı yeni ətir firma çantasının qoxusunu xatırladır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, ətir satışa payızda çıxarılacaq və brendin firma butiklərində təqdim ediləcək.

Ətirlərin hazırlanmasında tanınmış ətriyyatçı Jak Kaval iştirak edib. O, "Nina Ricci" üçün "Nina", "Paco Rabanne" üçün "Ultraviolet", "Issey Miyake" üçün "Lʼeаu dʼIssey" ətirlərinin hazırlanmasında iştirak edib.

Qeyd edək ki, 1854-cü ildə əsası qoyulmuş "Louis Vuitton" şirkəti sandıq və yol çantaları hazırlayıb. Şirkət kişi və qadınlar üçün aksessuar, geyim, ayaqqabı, saat və bəzək əşyalarının istehsalı üzrə ixtisaslaşıb. Hazırda "LVMH" beynəlxalq holdinqin strukturuna daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.