Maraqlı

Yeni kino: "Brat Li" gəlir: treyleri hazırdır - FOTO

1 İyul 2016 17:02
Baxış: 2 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən bir neçə ay əvvəl çəkilişinə başlanılan "Brat Li" bədii filmin treyleri hazırdır.

Layihənin mətbuat katibi Fuad Mədətov Milli.Az-a bildirib ki, məşhur döyüş ustası və aktyoru Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə komediya və ekşn janrında olan "Brat Li" bədii filmində eynilə Brüs Lini canlandırıb.

Tezliklə Azərbaycan kinoteatrlarında nümayiş olunacaq filmin əsas rollarının qəhrəmanları Azərbaycanın əməkdar artistləri Məlahət Abbasova, Sabir Məmmədov, o cümlədən Azərbaycanın fəxri mədəniyyət işçisi Rüfət Nəzər, yumorist-aktyor İlkin Misgərli, rəqqasə Oksana Rəsulova, Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovdur.

Film paytaxt Bakı ilə yanaşı, Azərbaycanın səfalı bölgələrində çəkilib.

Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə, ideya müəllifi və ikinci rejissoru Ruslan İsmayılovdur.

"Brat Li" film layihəsinin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az saytlarıdır.

https://www.youtube.com/watch?v=nviWdu1l184

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.