Maraqlı

Eminemin keçmiş arvadı çox dəyişdi - FOTO

1 İyul 2016 19:16
3 Şərh     Baxış: 2 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur reperlərindən biri, amerikalı Eminemin sabiq xanımı Kim Maters zahirən çox dəyişib. Daha doğrusu, reportyorlar onu görəndə tanıya bilməyiblər.
Yaşından qoca təsir bağışlayan Kimi, deyəsən, zahiri görünüşü qətiyyən maraqlandırmır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 41 yaşlı Kim Maters ötən il avtomobil qəzasına düşmüşdü. O, qara rəngli "Cadillac Escalade" avtomobilini yol kənarındakı dirəyə çırpmışdı. 

Detroyt şəhərinin Mekomb səmtində yaşayan Kim reportyorların suallarını cavablamaq istəməyib.
Kim Maters ötən ay "Channel 995" radiostansiyasındakı "Mojo in the Morning" proqramında demişdi: "Ötən ilin oktyabrındakı avtomobil qəzası, əslində, təsadüf deyildi. İntihar etmək istəyirdim. Həyatımdan bezmişdim. Bilirsinizmi, pullar insanı bəxtəvər etmir. Hə, hesablarımı ödəyə bilərəm. Hə, uşaqlarıma istədiklərini ala bilərəm və onları sevincək görmək əladır. Amma dostları, ailəni itirirsiniz. Etibar edəcəyiniz dostunuz, rəfiqəniz qalmır. Ona görə də içdim, həblər qəbul etdim və maşını dirəyə çırpdım"

Bir neçə ay sonra isə Kimin əkiz bacısı Don Skott "Motor City Trailer Park"da ölü tapılmışdı. O, həddən artıq heroin qəbul etdiyi üçün ölmüşdü.
43 yaşlı reper Eminemin keçmiş arvadı Kim indi 20 yaşlı qızı Heyli, 14 yaşlı qızı Uitni və mərhum bacısının 23 yaşlı qızı Alayna ilə birlikdə yaşayır.
Kim Matersin dediyinə görə, hazırda "Clinton Township"dəki "American Home Fitness"də məşq edir, idmanla məşğul olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.