Maraqlı

"Damağında siqaret, əlində fənər var" - Naməlum varlığı görən şəxs - VİDEO - FOTO

29 İyun 2016 18:47
11 Şərh     Baxış: 13 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəribə məxluqlar kənd sakinlərini yuxusuz qoyub.

Bir neçə gün öncə də məlumat verdiyimiz kimi Ağdaş rayonunun Qoşaqovaq kəndinin sakinləri təlaş içərisindədirlər. 260-dan artıq ailənin yaşadığı kəndin sakini Cavanşir Əyyubov deyir ki, naməlum varlıq heç bir ziyanlıq etməsə də, sakinləri qorxudur. "Gecə səhərə qədər yatmırıq. Evdə ailə-uşaq qorxur. Bir aydır ki, yuxu yatmırıq. Səhərə qədər nəzarətdə dururuq. Hər gün də bu cür davam edir. Gecə saat 3-ə qədər bu cürdür. Hər kəs əlində yaba yatmır", - deyə Ağdaşın Qoşaqovaq kənd sakini Cavanşir Əyyubov bildirib. 

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, kənd sakinlərini narahat edən əsas məqam həmin naməlum canlını gösrələr də, onu tutmaqda çətinlik çəkmələridir. Gecə saatlarında bu kənddə yaşayan əksər insanların əlində fənər görmək olar. "O deyir ki, buradan keçdi. Bu deyir ki, oradan keçdi. Heç cür tutmaq olmur. Bu insandır. Bir əlində işıq, ağzında siqaret, digər əlində telefonu. Qonşu kənddə də bir neçə gün öncə olub. 10-15 gün də orada gəziblər və deyiblər ki, qorxusuz insandır", - deyə Qoşaqovaq kənd sakini Xəyyam Yediyarov vurğulayıb. 

Sakinlər gecə saatlarında peyda olan insanabənzər canlının gələcəkdə kənddə oğurluq edəcəyindən narahatdırlar. Onlar deyirlər ki, bütün gecəni yuxusuz qalmaları gündüz vaxtı təsərrüfatlarında rahat şəkildə işləmələrinə də mənfi təsirini göstərir. İndi kənd sakinləri həmin naməlum varlığın əsl simasının üzə çıxacağı günü səbirsizliklə gözləyirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.