Maraqlı

Acun yayımı yarımçıq kəsdi

29 İyun 2016 09:24
3 Şərh     Baxış: 8 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Survivor" verilişində yarımfinal mərhələsində iştirakçılar Atakan və Damla sms nəticələrini gözləyərkən aparıcı Acun qısa bir açıqlama verdikdən sonra qalibin adını açıqlayaraq yayımı dayandırıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb dünən İstanbul Atatürk hava limanında baş verən terror hadisəsi olub. Reklamdan sonra açıqlama verən Acun deyib: "Sizin xəbəriniz yoxdur, amma bir neçə dəqiqə əvvəl İstanbulda partlayış olub, çoxlu yaralı var. Belə bir vəziyyətdə səsverməni uzatmağın mənası yoxdur. Biz də reklam fasiləsində öyrəndik. Qalibin adını açıqlayıb verilişi yarımçıq kəsəcəyik. Allah terror nəticəsində ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin".

Atakan adlı iştirakçı final mərhələsinə yüksəlsə də, buna heç sevinə bilməyib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında terror aktları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.