Maraqlı

Kadir Doğulu qardaşı Kamala qovuşdu - FOTO

25 İyun 2016 20:53
5 Şərh     Baxış: 4 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 iyundan bəri reanimasiyada saxlanılan və 3 gün əvvəl xəstəxanadan çıxardılan stilist Kamal Doğulu sevdikləri ilə qovuşub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor Kadir Doğulu da böyük qardaşı Kamal Doğulu ilə qovuşmasından böyük sevinc hissi duyub.
 
O, sosial şəbəkədə foto paylaşaraq hislərini bölüşüb:
 
"Hər kəsə salam. Taksim Acıbadem xəstəxanasının işçilərinə təşəkkür edərək sözümə başlamaq istəyirəm.Çətin və ağır günlərdən keçdik və Kamala çox yaxşı baxdılar. Artıq daha yaxşıdır. Amma özünə qulluq etməlidir. Ona görə də bir müddət burada ola bilməyəcək, sizə salamı var. Təbii ki, dualarını əskik etməyən hər kəsə təşəkkür edirəm. Allah sizdən razı olsun. Çox şey yazıldı, uzaqdan-yaxından əlaqəsi olmayan sözlər deyildi. Canımızla məşğul olarkən deyilənlərə görə çox təəssüfləndik. Artıq qardaşım yaxşıdır, hər şeyi unutduq. Xəstəxananın qarşısına gəlib ailəmi görmədən şou edib gedənlər, sizi də unutmadım, sadəcə Allaha həvalə edirəm. Sevgi ilə və sağlam qalın!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.