Maraqlı

Çox qorxulu, amma əyləncəli bank şousu - VİDEO - FOTO

25 İyun 2016 14:39
2 Şərh     Baxış: 1 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da ölkənin, bəlkə də dünyanın ən maraqlı, ən adrenalinli attraksionu istifadəyə verilib.
Milli.Az CBS-ə istinadən bildirir ki, Los-Anceles şəhərindəki "U.S. Bank Tower" göydələnində "Skyslide" adlı attraksion quraşdırılıb. Attraksion göydələnin 73-cü mərtəbəsindən binanın ətrafına dolanaraq 69-cu mərtəbəyə düşən kiçik, dar şüşə "tunel"dən ibarətdir.
Tunel 3 sm qalınlığında, xüsusi möhkəmliyə malik plastik şüşədən hazırlanıb və ən güclü zəlzələyə belə, dayanıqlıdır.
Birləşmiş Ştatların Qərb sahilindəki ən hündür binalardan birindəki bu attraksiona biletin qiyməti 25 dollardır.
Sinqapurun "OUE Ltd." şirkətinə məxsus olan binadakı atrraksion sırf gəlir məqsədilə yaradılıb. OUE şirkəti bu minvalla binanın satın alınması və təmiri ilə bağlı xərclərin bir qismini də olsa, gəlir qismində "geri qaytarmaq" fikrindədir.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çox qorxulu, amma əyləncəli bank şousu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.