Maraqlı

Dünyada ən sürətli elektromobil yaradıldı - VİDEO

25 İyun 2016 21:45
0 Şərh     Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrəli tələbələr dünyada ən sürətli elektromobil yaradıblar. 

İKT.lent.az-ın "Engadget" nəşrinə istinadən məlumatına görə, "Grimsel" adlandırılan yeni tərtibat 100 kilometr sürəti 1,513 saniyəyə yığır ki, bu da əvvəlki rekorddan 0,2 saniyə daha tezdir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, 1 480 at gücünə malik "Bugatti Chiron" 100 kilometr sürəti 2,5 saniyəyə yığır. 

Tərtibatçılar belə bir nəticəyə olduqca güclü mühərrik və avtomobilin korpusunun maksimal dərəcədə asanlaşdırılmasının birləşdirilməsi sayəsində nail olublar. Onun ümumi çəkisi 167 kiloqramdır. 

Bundan öncə isə deyilirdi ki, Hollandiyada turşu ilə işləyən avtomobil yaradılıb. Avtomobilin iş prinsipi onunla bağlıdır ki, qarışqa turşusunda hidrogen mövcuddur. Hidrogen artıq özünü alternativ ekoloji yanacaq kimi göstərə bilib. Qarışqa turşusu özünün maye təbiəti sayəsində olduqca asan və tez istehsal olunur. Bu turşudan hidrogen isə katalitik reaksiyalar sayəsində əldə edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Гоночный электромобиль установил мировой рекорд ускорения

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.