Maraqlı

Ərəblər Məryəmi seçdi - FOTO

8 İyun 2016 08:26
5 Şərh     Baxış: 2 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Məryəm Uzerli "Mariya Claire Arabia" jurnalının iyun buraxılışının siması olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ilə iki fotoqraf Dubayda maraqlı görüntülər lentə alıblar.

Məryəm Uzerli müsahibəsində sənətə gəlişindən, çəkildiyi "Annemin Yarası" filmindən danışıb.  

Aktrisadan model olmaq istəyini xəbər alanda, bunları deyib:

"Özümü model kimi görmürəm. Hamı kimi sadə insanam. Yaxşı insan və yaxşı ana olmağa çalışıram. Bacara biləcəyim işdən yapışıram".

Məryəm "Ərəb aktyorlarıyla eyni layihədə iştirak etmək istərdinizmi?" sualına belə cavab verib:

"Yaxşı ssenari olsa niyə də olmasın, çox sevinirəm. Bir aktrisa üçün çox gözəl bir təcrübə olardı. Hər zaman gözəl ssenari tapmaq asan olmur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.