Maraqlı

Ulduz cütlüyün ayrılıq səbəbi bilindi

4 İyun 2016 23:32
12 Şərh     Baxış: 3 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə 15 aylıq sevgili münasibətlərinə son qoyduqlarını açıqlayan məşhur cütlük Teylor Svift və Kalvin Harrisdən yeni xəbər var.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 32 yaşlı DJ Kalvin və Sviftin ayrılığının yeni səbəbləri məlum olub. Belə ki, cütlüyə yaxın mənbənin sözlərinə görə, əsas səbəb Harrisin Sviftlə eyni gələcəyi planlaşdırmadığını ona deməsi olub.

Həmin şəxs etdiyi açıqlamada bunları bildirib:

"Teylor həmişə gələcəkdən, evlilik və uşaqlardan danışırdı. Əslində Kalvin də bunların əksinə deyildi, sadəcə hər şeyi zamanın axarına buraxmağı üstün tuturdu. Münasibətlərə son qoyan tərəf məhz Teylor oldu. Çünki o, gənc yaşda ana olmaq istəyirdi. Kalvinin yaxın gələcəkdə belə 1 planının olmadığını başa düşdüyü üçün daha artıq vaxt sərf etmək istəmədi".

Cütlüyün ayrılıq səbəblərindən digəri kimi isə Harrisin bacısı ilə birgə yaşamağıdır. İddialara görə, Los-Ancelesdəki evində daha çox vaxt keçirməsi də onlar arasında soyuqluq yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.