Maraqlı

Qorillanın yanına düşən uşağın anası: "Tənələr yersizdir" - VİDEO - FOTO

31 May 2016 12:59
6 Şərh     Baxış: 3 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Ohayo ştatındakı Sinsinati şəhər zooparkında qorillanın volyerinə düşmüş 4 yaşlı oğlanın anası Mişel Qreqqin dediyinə görə, "həyatda xoşagəlməz hadisələr olur".
O, Facebook-dakı profilində belə yazıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, M.Qreqq statusunda yazıb: "Hamıya təşəkkür edirəm. Yaxşı başlanan gün sonradan dəhşətə çevrildi. Oğlumu xilas edənədək onu Tanrı qorudu. Oğlum indi təhlükəsizlikdədir. Sadəcə, beyni silkələnib, bir neçə cızıq alıb. Onun sınığı və ya daxili travmaları yoxdur".

Onun sözlərinə görə, insanların tənələri yersizdir: "Uşaqlarım daim nəzarətimdədir. Pis hadisələr olur. Şükür Tanrıya ki, hər şey yaxşı qurtardı".

M.Qreqq sonradan bu sözləri CBS telekanalına verdiyi müsahibəsində təkrarlayıb.
36 yaşlı Dionn Dikerson və 32 yaşlı Mişel Qreqqin 4 övladı var. Dikerson qanunsuz silah saxlamaq, oğurluq, narkotik maddələr satmaq, xuliqanlıq və s.-də suçlanıb, dəfələrlə məhkum olunub.
Mişel Qreqq hazırda Sinsinatidəki hazırlıq məktəbində inzibatçı, Dikerson isə sənaye avadanlığı istehsal edən şirkətdə fəhlə işləyir.
Sinsinati zooparkında Harambe adlı qorillanın volyerinə düşmüş uşaq xilas ediləndə qorilla güllələnib. 
Olay mayın 28-də baş verib. 4 yaşlı oğlan volyerin barmaqlığının arasından keçib və 3 metr yüksəlikdən aşağı düşüb. Orada 17 yaşlı, "Harambe" adlı qorilla vardı.
Qorilla uşağı tutaraq 10 dəqiqə ərzində volyerdə sürüyüb.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məsuliyyətsiz valideynlər cəzalandırılacaqlar - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.