Maraqlı

Kıvanç Tatlıtuğ gözünü Hollivuda dikib

30 May 2016 20:12
2 Şərh     Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ Hollivud istehsalı olan filmlərdə çəkilmək arzusundadır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir, o, bu məqsədlə Amerikada dil və aktyorluq təhsili alıb. Los-Ancelesdə özünə ev alan aktyor təhsil aldığı müddətdə oteldə qalmaqdan imtina edib. 

Hazırda həyat yoldaşı Başak Dizerle Amerikada olan K.Tatlıtuğ məqsədinin məşhur film prodüserləriylə görüşmək olduğunu bildirib. Aktyora bu işində Los-Ancelesdə ona qonşu olan "Aşk-ı memnu" serialında birgə çalışdığı ssenarist və rejissor Ece Yörenç dəstək olur.

Türkiyədəki yeni serialının çəkilişləri başlayana qədər Los-Ancelesdə qalmağı düşünən aktyor, kino şirkətləri ilə danışıqları aparır.

Həyat yoldaşı karyerasını böyüdərkən, Başak Dizer həmin saatlarda şəhəri gəzir, alış-veriş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.