Maraqlı

Məşhur aktrisa üzə çıxdı: "Həyatımda sevgi yoxdur" - FOTO

29 May 2016 15:23
4 Şərh     Baxış: 2 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanların məşhur türk serialı "Çalıkuşu"nda Fəridə obrazının oynamış və böyük şöhrət qazanmış Aydan Şener uzun illərdir ki, teatrda çalışır. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, tanınmış aktrisa tezliklə yenidən ekranlara qayıtmaq istəyir:

""Çalıkuşu"nun əfsanə Fəridəsindən sonra mənfi obrazda bir qadını da oynaya biləcəyimi sübut etmək istəyirəm. Yaxın vaxtlarda "Uğurumu arvadlarıma borcluyam" tamaşasının film variantı hazırlana bilər. Mən orada eyni zamanda 8 qadın rolu oynayıram. Əgər alınsa, bir filmdə ən çox qadın rolu oynamış aktrisa kimi rekord qıra bilərəm. Bundan başqa, telekanallardan birində yeni mövsümdən etibarən bazar günləri efirə çıxacam və söhbət formatında veriliş aparacam".  

A.Şener şəxsi həyatından da danışıb və "Həyatınızda sevgi varmı?" sualına belə cavab verib: "Yalnızlığa alışmışam artıq. Həyatımda kimsə yoxdur və axtarmıram da. Qızım var, dostlarım var, heyvanlarım var. Onların sevgisi yetər mənə..." 
 
Aktrisa əlavə edib ki, evində 11 pişik saxlayır: "Heyvanları çox sevirəm. 11 pişiyim, 4 itim var. Həm də məhəllədəki bütün it-pişiklərə də mən baxıram. Zəkəriyəköydəki evimin həyəti geniş olduğundan mənim üçün çətin olmur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.