Maraqlı

Bu kişi illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir - FOTO

29 May 2016 13:18
10 Şərh     Baxış: 9 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə elektrik enerjisindən pulsuz istifadəni düşünmək çətindir. Amma Tovuzda yaşayan Arif İsgəndərov özünə məxsus fermada illərdir sərf olunan enerjiyə pul ödəmir. Səbəb isə özünün ixtira etdiyi qurğudur.

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzun Düzqırıqlı kənd sakini, 55 yaşlı Arif İsgəndərov yaşadığı kənddən Ceyrançöl adlanan əraziyə elektrik enerjisi çəkməyin mümkün olmadığını gördükdə, maraqlı ixtira edib. Müxtəlif texnikaların hissələrini toplayaraq iri pər düzəldən fermer, Kür çayına axan su vasitəsilə onu işə salıb. Sürətlə fırlanan pər kəndlinin arzusunu reallaşdırıb.  

Arif İsgəndərov sudan alınan elektrik enerjisi vasitəsilə fermanın işıqlanmasını təmin edir, soyuducu və televizoru işə sala bilir. Kənd sakininin sözlərinə görə, qurğunu bir qədər də təkmilləşdirib daha çox enerji əldə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.