Maraqlı

Sadəcə qaynadaraq için və…

28 May 2016 23:05
5 Şərh     Baxış: 8 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir həftədə 3 kilo arıqlamağınıza kömək olacaq mixəkli su eyni zamanda bir sıra sağlamlıq problemlərinizin də həllində faydalı olacaqdır.

Milli.Az qadinklubu.com-a istinadən bildirir ki, çaya, şirniyyata əlavə edilən, qoxusu sevilən mixəyin diş ətlərini gücləndirici və mədə bulantısının aradan qaldırıcı təsiri vardır.Eyni zamanda güclü bir antiseptik olan mixək, bədəndəki mikroblarla mübarizə aparır. Sidik qovucu  xüsusiyyəti  olan mixək, bədəndəki toksinlərin atılmasında kömək olur. Zehni rahatlaşdırıcı, unutqanlığı aradan qaldıran və sinirləri sakitləşdirici  təsirləri də vardır.

Bir həftədə 3 kilo verməyinizə kömək olacaq mixəkli  su resepti...

Tərkibi:

Çubuq darçın
1 x/qaşığı Mixək
 1 x/qaşığı Zəncəfil kökü
2 st su
Hazırlanması:

Mixək, zəncəfil kökü və darçının üzərinə 2 stəkan su əlavə edərək dəmləyin. Hazırladığınız bu çayı, səhər və axşam yeməklərdən 30 dəqiqə qədər əvvəl için.

Mixəkli su, maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır. Bədəndəki toksinlərin atılmasında və yağ əridilməsində kömək olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.