Maraqlı

10 gündə 10 kilo arıqladan diyet proqramı

28 May 2016 22:05
1 Şərh     Baxış: 66 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Möhkəm və əzmli olmaqla qısa bir müddətdə iki bədən kiçilə bilərsiniz. Hər hansı bir dərman istifadə etmədən bu diyetə riayət etməklə gözəl  nəticəyə nail ola bilərsiniz.

Milli.Az qadinklubu.com-a istinadən bildirir ki, 10 gündə 10 kilo verdirən pəhriz proqramı siyahısı olduqca çətin olsa da, ancaq 10 gün davam edə bilsəniz  fərqi öz gözlərinizlə görəcəksiniz.

10 gündə 10 kilo verdirən pəhriz proqramı!

 Qadağalar siyahısı:

Ağ və ya kəpək çörəyi, süd, qatıq, pendir, ayran, meyvə, bal, kərə yağı, mürəbbə, şokolad, şirniyyat, duzlu, kök

Yeyə biləcəyiniz yeməklərin siyahısı:

Qaynadılmış tərəvəz, ətsiz və kremi bütün şorbalar, fındıq, quru meyvə, yumurta, kələm şorbası, yaşıl salat, toyuq, balıq, ət, ağ kələm, ispanaq, pomidor-xiyar, şəkərsiz çay, qəhvə, göbələk, gül kələm, brokoli

Yeyə biləcəyiniz qidaların  siyahısında iştirak edən yeməkləri, 10 gün ərzində öz qidalanma  nizamınıza görə uyğunlaşdıra bilərsiniz.

Ancaq günə mütləq 2 ədəd yumurta ilə başlamağınız lazımdır. Zülal dəyəri yüksək olduğu üçün sizi uzun müddət tox tutacaq. Hər səhər 2 stəkan ilıq su (sirkəli) içməniz təklif edilir. Əgər sirkə sevmirsinizsə, limonlu suyu da seçim edə bilərsiniz. Gündə 1 saat idman və ən az 3 litr su ilə dəstəkləmək lazım olan bu pəhriz siyahısı sayəsində, yalnız 10 gündə təxminən 2 bədən zəifləyə bilərsiniz.

Olduqca ciddi bir çəki fərqi yaradacaq bu pəhriz müddətində, mütləq idman etməyiniz lazımdır. Pəhriz ani kilo itkisinə səbəb olduğundan, sallanmaların meydana gəlməsinə maneə törətmək üçün idman vacibdir. İdmanı pəhriz müddətdi bitdikdən sonra da yarıda saxlamayın. Gündəlik yarım saatlıq gəzin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.