Maraqlı

Antidepressant dərmanlar asılılıq YARADIR?

28 May 2016 23:35
2 Şərh     Baxış: 5 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Depressiya, mütəxəssis bir həkim tərəfindən  təyin olunan, yüzdə 90 faiz nisbətində müalicə edilə bilən bir xəstəlikdir. Depressiyanın müalicəsində ilk addım mütləq şəkildə psixiatra müraciət  etmək və onun təklifləri istiqamətində hərəkət etməkdir.

Milli.Az vib.az-a istinadən bildirir ki, vepressiyanın  müalicəsində mütəmadi olaraq antidepressant dərmanlara müraciət edilir. Antidepressant dərmanlar, ümumi tibbdə və psixiatriyada ən çox istifadə edilən  məşhur dərmanlar hesab edilir.

Antidepressantlar nədir?

Antidepressantlar yalnız depressiya vəziyyətində deyil,  xüsusilə narahatlıq, təşviş  pozuntularında, bəziləri yuxu pozuntularında və ya bir qismi stress tənzimləyicilər olaraq istifadə edilir. Şizofreniya və  bipolyar pozuntu kimi xəstəliklərdə də vəziyyətə bağlı olaraq dövri şəkildə istifadə edildiyi zamanlar olur. Antidepressant vasitəsilə tətbiq olunan müalicə, xəstə dərmandan fayda gördükdən etibarən ən az 6 ay ərzində davam etməlidir.

Depresiyada təsirli olan dərmanlar:

Trisikliklər, SİUS (selective serotonin reuptake inhibitor), SNİUS (serotonin noradrenalin reuptake inhibitor), SARI (serotonin Antagonistleri and reuptake inhibitor), MAO (mono amin oksidaz inhibitorları) qrupları şəklində təsnif olunur.

Bunu da  qeyd etmək lazımdır ki, insanların psixiatrik dərmanlara qarşı düşüncələri fərqlidir. Həmçinin onların yan təsirləri haqqında da yanlış bilgilərə sahibdirlər. Bu məsələni aydınlaşdırmaq üçün antidepressantlarla bağlı bir çox nüanslara toxunmaq vacibdir :

-       Antidepressant dərmanlar beyində süni bir xoşbəxtlik yaratmır. Tam əksinə pozulmuş olan tarazlığı yenidən təmin etməyi hədəfləyir.

-       Antidepressant dərmanların təsiri düşünülənin əksinə, gec başlayır.

-       Antidepressantların istifadəsində həkim razılığı  mütləq olduğu kimi  eyni zamanda bu dərmanların kəsilmə müddəti də həkim nəzarəti altında olmalıdır.

-       Antidepressant dərmanlar kef vermir, narkotik təsir yaratmır.

-       Antidepressant dərmanlar asılılıq yaratmır.

Günümüzdə hər çətinliyi olana  antidepressant vermək, az qala təkrarlanan bir davranış halına gəlmişdir. Depressiyada olub-olmadıqlarını belə bilməyənlər, rahatlayacaqları ümidiylə müəyyən dövrlərdə antidepressantlardan  istifadə edirlər. Xüsusilə şagirdlər, imtahan dövrlərində çətinlik və stressdən xilas olacaqlarına inanaraq antidepressant dərmanlara müraciət edirlər.  Bəzi antidepressantların əczaxanalarda reseptsiz olaraq satılması isə bu vəziyyətə imkan yaradır.

Bəs hansı hallarda biz dərman qəbul etməliyik?

Əlbəttdə ki, əhval ruhiyyəmizin aşağı olması və ya müxtəlif narahatlıqlarımızın olması mütləq şəkildə  dərman istifadəsinə  yönəlməyimizə  səbəb olmamalıdır. Əgər depressiv əlamətlər 2 həftədən çox davam edər və intihar barədə fikirlər yaranarsa, artıq bu zaman dərman istifadəsi vacibdir.

Antidepressantlar asılılıq yaradırmı ?

Antidepressant dərmanlar illər boyunca istifadə edilsə  belə fiziki asılılıq meydana gətirməzlər. Heroin, spirt, kokain kimi narkotika olaraq xarakterizə edilən maddələr kimi asılılıq yaratmırlar.

Psixiatrik dərmanların  digər dərmanlardan heç bir fərqi yoxdur.  Somatik problemlər üçün istifadə edilən dərmanlarda yüngül əks təsirlər olduğu kimi bu dərmanlarda da müəyyən qədər ola bilir.

Əlavə və yan təsirlər adətən ilk həftədə görülür və qısa müddət ərzində aradan qalxır.

Antidepressantlara  başlayarkən ən çox görülən yan təsir, ürək döyüntüləridir. Orqanizmə daxil olan antidepresanların təsiri ilə ürəyin sürətli döyünməsi normal qəbul edilməlidir. Bununla yanaşı:

-       İstəksizlik

-       Duyğuların təsirli olaraq yaşana bilməməsi

-       Narahatlıq

-       Halsızlıq

-       İştahsızlıq

-       Çəki itkiləri

-       Baş ağrısı      yan təsirlərdən əsaslardır.

Depressiya həblərini buraxdıqdan sonra görülən yan təsirlər:

Depressiyahəblərinin bəzi yan təsirləri, müalicədən sonra görülməkdədir. Müalicə sonunda dərman buraxma cədvəli (kəsilmə cədvəli) hazırlanır və mərhələli olaraq dərmanın dozası azaldılır. Çünki depressiya müalicəsi əsnasında dərmanın meydana gətirdiyi təsirin aradan qalxmasına beynin alışması üçün dərmanın pilləli olaraq buraxılması lazımdır.

Bu yan təsirlər hər xəstədə görülmədiyi kimi, hər dərmandan da görülməyə bilər. Kəsilmə cədvəlini tətbiq edən insanlarda:

-       Əsəbilik

-       Gərginlik

-       Duyğu pozuntuları

-       Tərləmə

-       Baş gicəllənməsi

-       Mədə bulanması

-       Qusma   görülə bilər.

Əlavə və yan təsirlər adətən ilk həftədə görülür və qısa müddət ərzində aradan qalxır.

Antidepressant dərmanlar və asılılıq deyildiyində dərman kəsilərkən  ortaya çıxan bəzi təsirlər ağla gələ bilər ki, bunlara çəkilmə əlamətləri deyilir. Ümumiyyətlə dərmanlara başlayarkən ortaya çıxan bir çox əhəmiyyətsiz yan təsirlər kəsilərkən də hiss edilə bilər, ancaq bu durum  heç bir şəkildə asılılıq mənasını ifadə etmir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.