Maraqlı

Aktrisa özündən 22 yaş böyük əri tərəfindən döyüldü - FOTO

27 May 2016 23:40
8 Şərh     Baxış: 3 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktrisa Ember Hörd əri, aktyor Conni Dep tərəfindən döyülüb.

"Qafqazinfo"nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı aktrisa 52 yaşlı əri tərəfindən zorakılığa məruz qaldığına görə onu məhkəməyə verib.

Hörd məhkəməyə üzündə sarğı ilə qatılıb. O, döyülmə faktı kimi məhkəməyə şəkillər təqdim edib.

E. Hörd Deppin "qaçılmaz təhlükə" yaratdığına görə ona qarşı məhkəmə tərəfindən müvəqqəti uzaqlaşdırma əmri verilməsini istəyib.

Conni Dep isə mətbuat-turunda olduğundan məhkəmədə onu vəkili təmsil edib.

Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.