Maraqlı

Anasına qarşı mənfi münasibəti görən oğul...

28 May 2016 21:45
1 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Hamburq şəhəri yaxınlığındakı Şleviq-Holstein əyalətinin Norderstedt məntəqəsində "Müsəlman taksi" şirkәti yaradılıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Almaniyada ilk dəfə "Müsəlman taksi" adı ilə yaradılan şirkət, müsəlman sərnişinləri, tәkcә Hamburq ətrafına deyil, Almaniya və Avropaya da aparmağı hədəfə alıb.
 
Müsəlman taksi şirkətini yaradan İraq mənşəli taksi sürücüsü Səlim Rəid, xristianların da taksidən istifadə edə biləcəyini deyib. Səlim Rəid, şirkəti yaratmaq məqsədini bu cür izah edib: "Anam və atam Almaniyaya köçəndə Hamburqdan Berlinə xüsusi taksiylə gedəndə pis təcrübələri olub. Taksiyə minən digər sərnişinlər anamın hicabı və xaricilər haqqında pis danışmağa başladılar. Anam alman dilində bilir və bütün danışılanları başa düşürdü. Bu yaşadıqlarımız mənə bu firma qurmaq üçün motivasiya oldu".
 
Rəid, müsəlman sərnişinlər üçün nəqliyyat xidmətlərinin də çevik və ucuz qiymətə təmin olunacağını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.