Maraqlı

Ermənistanda ən populyar sosial şəbəkələr hansılardır?

27 May 2016 20:48
3 Şərh     Baxış: 2 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook - Ermənistanda ən populyar sosial şəbəkəyə çevrilib.

Milli.Az novator.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın informasiya təhlükəsizliyi üzrə eksperti Samvel Martirosyan açıqlayıb.

Martirosyan bildirib ki, indiyəcən Ermənistanda ən populyar sosial şəbəkə Odnoklassniki (Rusiya) olub, Facebook (ABŞ) ikinci yerdə gəlib: "Amma bu ilin aprel ayında vəziyyət dəyişib. Ermənistanda Facebook istifadəçilərinin sayı 960 mini keçib, Odnoklassniki istifadəçilərinin sayı isə azalaraq 940 min nəfərə düşüb".

Martirosyan Ermənistanda Facebook istifadəçilərinin müntəzəm artdığını və onların bu sosial şəbəkəyə əsasən mobil qurğulardan daxil olduğunu vurğulayıb.

Ermənistanda populyar sosial şəbəkələr siyahısında üçüncü yerdə Vkontakte (Rusiya) gəlir. Twitter və Linkedin bu ölkədə o qədər də populyar deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.