Maraqlı

Rianna eynək kolleksiyası hazırladı - FOTO

27 May 2016 19:31
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı müğənni Rianna Fransanın dünyaca mopulyar Christian Dior brendi üçün gün eynəkləri kolleksiyası hazırlayıb.
Milli.Az Vogue-a istinadən bildirir ki, kolleksiya hər biri 840 dollara satılacaq 6 modeldən, habelə qızılla örtülmüş 1950 dollarlıq eynəkdən ibarətdir.

Rianna bu kolleksiyanı yaradanda "Star Trek: The Next Generation"filmində aktyor LeVar Bartonun yaratdığı "Geordi La Forq" obrazından ruhlanıb.
Eynəklər gələn aydan etibarən "Dior" butiklərində satılacaq.
Rianna "Puma" və "Manolo Blahnik" brendləri də əməkdaşlıq edir.

28 yaşlı müğənninin "Manolo Blahnik" üçün hazırladığı "Chaos" tufliləri 670 dollara satılır.
"Puma"nın kreativ direktoru olan Rianna brend üçün mütəmadi olaraq kreativ ayaqqabılar kolleksiyaları hazırlayır. Kollekiyalar "Fenty" adlanır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.