Maraqlı

Həbsxana çatışmazlığı: İki min məhbus azadlığa buraxıldı

27 May 2016 08:07
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zimbabvedə həbsxana çatışmazlığı səbəbindən iki minə yaxın məhbus azadlığa buraxılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki,ömürlük həbs cəzasına məhkum edilən iki qadın istisna olmaqla, amnistiyaya 18 yaşdan kiçik bütün məhbuslar və bütün qadın məhbuslar düşüb.

Bundan əlavə, ölümcül xəstələr, həmçinin 3 ildən az müddətə məhkum edilmiş və cəzalarının ən azı dörddə bir hissəsini çəkmiş şəxslər  azadlığa buraxılıb.

"Siz azadlığa buraxılırsınız və ölkənin qanunlarına riaəyət etməlisiniz. Bu amnistiyadan istifadə etmək lazım deyil", - Zimbabve İslah müəssələrinin nümayəndəsi Prisçilla Mtembo deyib.

Nəşr qeyd edir ki, qətl, dövlətə xəyanət, zorakılıq və silahlı hücum maddələri ilə məhkum olunmuş bütün məhbuslar azadlığa çıxmaq imkanından məhrum ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.